AQRO

27 May

Zaqatalada plantasiyalardan 11 tonadək yaşıl çay yarpağı yığılıb

Zaqatala rayonunun çay plantasiyalarında mövsümün birinci yığımı başa çatıb. Rayonda fəaliyyət göstərən “Zaqatala-Çay” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus plantasiyalardan yaz yığım dövründə 11 tonadək yaşıl çay yarpağı tədarük edilib.

Cəmiyyətdən bildirilib ki, hazırda müəssisənin 15 hektara yaxın məhsuldar çay plantasiyası var. Yaz mövsümündə plantasiyalardan toplanmış yaşıl çay kütləsindən 2 tonadək quru çay istehsal edilməsi nəzərdə tutulur. Havalar rütubətli keçərsə, iyunda çay plantasiyalarında ikinci yığıma da başlanılması gözlənilir. Müəssisədə istehsal olunan məhsul satış üçün əsasən daxili bazara çıxarılır.