AQRO

25 May

Kənd Təsərrüfatı Nazirliyi 1 milyon manatlıq laboratoriya avadanlıqları alır

Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Klinikasının laboratoriya avadanlıqları ilə təchizatı üzrə elan etdiyi açıq tenderə yekun vurub.

Fins.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Estet” MMC-dir.

Qalib şirkətə 1,088 milyon manat ödəniləcək.