AQRO

06 May

Balakəndə indiyədək 6268 hektarda yazlıq bitkilər əkilib

Balakən rayonunun təsərrüfatlarında yazlıq bitkilərin əkini davam edir. Torpaq mülkiyyətçiləri indiyədək 6269,1 hektar sahədə yazlıq bitkilər əkiblər.

Rayon Statistika İdarəsindən bildirilib ki, rayonda dən üçün qarğıdalı əkini sürətlə davam etdirilir. İndiyədək 3562 hektar sahədə dən üçün qarğıdalı əkilib. Torpaq mülkiyyətçiləri bu günədək 1347 hektar sahədə tərəvəz bitkiləri, 615 hektarda kartof, 115 hektarda bostan bitkiləri, 73 hektarda paxlalılar əkib, 494 hektar sahəyə çoxillik yonca səpiblər.

Təsərrüfatlarda tütün əkini də gündən-günə sürətlənir. Fermerlər tərəfindən indiyədək 63,1 hektar sahəyə tütün şitilləri köçürülüb.