AQRO

26 Aprel

Arıçılığın inkişafı məqsədilə təsərrüfat subyektlərinə verilən kreditlərin həcmi 42,4 faiz artıb

Muxtar respublikada “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası diqqətdə saxlanılıb, 2021-ci ilin ilk rübündə 2 arıçılıq təsərrüfatının yaradılması başa çatdırılıb, 4 arıçılıq təsərrüfatının yaradılması, 1 arıçılıq təsərrüfatının genişləndirilməsi davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib ki, təsərrüfat subyektlərinə 2021-ci ilin ilk rübündə 110 min 800 manat kredit verilib. Bu da bir il öncəki göstəricidən 42,4 faiz çoxdur. Arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslərə subsidiyaların verilməsi muxtar respublikada bu sahəyə marağı daha da artırıb.