AQRO

21 Aprel

Oğuzda canavarlar kəndə hücum edərək xırdabuynuzlu heyvanları parçalayıb

Oğuzda canavarlar kəndə hücum edərək xırdabuynuzlu heyvanları parçalayıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Bayan kəndində qeydə alınıb. Kəndə hücum edən canavarlar kənd sakini Vidadi Umarovun yaşadığı evin həyətyanı sahəsindəki tövləyə girib. Canavarlar tövlədə olan 19 baş xırdabuynuzlu heyvana xəsarət yetirib, heyvanlardan 16-ı tələf olub. 

Təsərrüfat sahibi hadisə ilə bağlı müvafiq qurumlara müraciət etdiyini bildirib.

Canavarların parçaladığı heyvanlar bu gün kəndin ərazisində baytarlıq təlimatlarına uyğun olaraq basdırılıb, ərazi dezinfeksiya edilib.