AQRO

14 Aprel

Astarada son üç ayda süni mayalandırma yolu ilə 213 baş buzov alınıb

Astara rayonunda heyvandarlıq kənd təsərrüfatının aparıcı sahələrindəndir. Son illər rayonda mal-qaranın cins tərkibinin süni mayalandırma yolu ilə daha məhsuldar heyvanlarla dəyişdirilməsi istiqamətində məqsədyönlü iş aparılır.

Rayon Statistika İdarəsindən verilən məlumata görə, bu ilin üç ayında 532 baş inək və düyə süni yolla mayalandırılıb, 213 baş cinsi yaxşılaşdırılmış bala alınıb.

Qeyd edək ki, Astarada 5 süni mayalandırma məntəqəsi fəaliyyət göstərir. Doğulan hər bir buzova görə dövlət tərəfindən verilən subsidiya fermerlərin və fiziki şəxslərin inək və düyələrin süni mayalandırılmasına marağını artırıb.