AQRO

14 Aprel

Balıq ovuna kvota almaq üçün vətəndaşlar hara müraciət etməlidir? - AÇIQLAMA

Balıq və digər su bioresurslarının ovuna kvota almaq üçün Bakıda yerləşən 5 saylı “ASAN Xidmət” mərkəzinə müraciət edilməlidir.

Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova Nazirliyin rəsmi “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı” verilişində deyib.

O bildirib ki, artıq 2019-cu ildən bu günə qədər balıq bioresurslarının ovu ilə bağlı kvota almaq istəyən vətəndaşlar bu qayda ilə hərəkət edir:

“Burada məqsəd vətəndaş məmur münasibətlərinin minimuma endirilməsi, bürokratik əngəllərin aradan qaldırılmasıdır. Belə desək, vətəndaş məmnunluğunun təmin edilməsinə çalışırıq. Eyni zamanda, adından da görüldüyü kimi kvota alınması üçün prosedur çox asanlaşdırılıb”.