AQRO

09 Aprel

Kürdəmirin istixana təsərrüfatlarında 1516 tondan çox tərəvəz məhsulları istehsal olunub

Kürdəmir rayonunda istixanalarının sahəsi, eləcə də məhsul istehsalı ildən-ilə artır və təsadüfi deyil ki, cari ilin ilk üç ayı təsərrüfat sahibləri üçün uğurlu olub.

Rayon statistika idarəsindən verilən məlumatda bildirilir ki, istixana təsərrüfatlarının sahəsi əvvəlki illə müqayisədə 7,6 hektar artıb və 23 hektara çatıb. 2021-ci ilin ilk üç ayında bu təsərrüfatlarda məhsul istehsalı da çoxalıb. Belə ki, ilin birinci rübündə 1258,3 tondan çox tərəvəz məhsulları götürülüb. Məhsul istehsalında artım ötən ilin müvafiq dövrü ilə müqayisədə 959,3 ton olub. Cari ildə təsərrüfatlardan satışa 122,7 ton xiyar, 1135,6 ton pomidor çıxarılıb.

Qeyd edək ki, istixana təsərrüfatları əsasən rayonun Atakişili, Mollakənd və Muradxan ərazi dairələrində fəaliyyət göstərir.