AQRO

09 Aprel

Ağdamda mal-qaranın cins tərkibi yaxşılaşıb, heyvandarlıq məhsulları istehsalı artıb

Ağdam rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. 2021-ci ilin birinci rübündə də heyvandarlıq sahəsində uğurlu nəticələr əldə olunub. Mal-qaranın cins tərkibi daha da yaxşılaşıb, heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb.

Rayon statistika idarəsindən bildiriblər ki, 2021-ci il aprelin 1-nə təsərrüfatlarda 44 min 996 baş iribuynuzlu heyvan, 102150 baş qoyun-keçi olub. Birinci rübdə 1108,2 ton ət, 9737,8 ton süd istehsal edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 1,9 faiz, süd istehsalı 3 faiz artıb.

Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların cins tərkibinin yaxşılaşdırılması mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün süni mayalanma uğurla həyata keçirilir. 2021-ci ilin üç ayında 1299 baş inək və düyə süni yolla mayalandırılıb, 732 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb.