AQRO

08 Aprel

Bu ölkənin quru meyvələri Azərbaycanda qablaşdırılaraq

Ələt Azad İqtisadi Zonasında və ya sənaye parklarında Özbəkistan istehsalı olan quru meyvələrin qablaşdırmasının həyata keçirilməsi və 3-cü ölkələrə ixrac olunması imkanları barədə müzakirələr aparılıb.

Fins.az xəbər verir ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) verilən məlumata görə, qeyd olunan məsələyə dair müzakirələr Daşkənddə keçirilən "INNOPROM: Özbəkistanda Böyük Sənaye Həftəsi" sərgisi çərçivəsində aparılıb.

Azpromo-nun təmsilçiləri sərgi iştirakçıları ilə görüşlər keçirir, qarşılıqlı ixrac və investisiya qoyuluşunun artırılması barədə fikir mübadiləsi aparırlar.

Özbəkistanın İnvestisiyaların Təşviqi Agentliyi ilə təşkil olunan görüşdə isə investisiyaların cəlb edilməsi üzrə təcrübə mübadiləsi aparılıb, birgə potensial investisiya layihələrinin həyata keçirilməsi müzakirə olunub. (Apa)