AQRO

08 Aprel

Astarada 1838,5 hektar sahədə yazlıq bitkilər əkilib

Astara rayonunda yazlıq bitkilərin əkini davam edir. İndiyədək 1838,5 hektar sahədə əkin aparılıb.

Bu barədə Astara Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, rayonda əkinçiliklə məşğul olan fermerlər və məhsul istehsalçıları 797 hektarda kartof, 155,6 hektarda yonca, 158,5 hektarda dənli və dənli paxlalı bitkilər, 727,4 hektarda tərəvəz bitkiləri əkiblər.

Məhsul istehsalçıları əkin kampaniyasının vaxtında və yüksək aqrotexniki tələblər səviyyəsində başa çatdırılması üçün bütün qüvvələrini səfərbər ediblər.

Qeyd edək ki, cari mövsümdə rayonda 4000 hektardan çox sahədə yazlıq bitkilərin əkilməsi nəzərdə tutulub.