AQRO

08 Aprel

Yardımlıda 787 hektar sahədə müxtəlif növ yazlıq bitkilər əkilib

Yardımlı rayonunda bu ilin məhsulu üçün 1 aprel tarixinə 787 hektar sahədə müxtəlif növ yazlıq bitkilər əkilib. Bunun 277 hektarını dənli və dənli paxlalı bitkilər, 407 hektarını kartof, 103 hektarını isə müxtəlif növ tərəvəz bitkiləri təşkil edir.

Bu barədə Yardımlı Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, rayonda əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 20 hektar çox əkin aparılıb. Bu artım dənli və dənli paxlalılar sahəsində qeydə alınıb.

Rayonun Çay Üzü, Ərsilə, Urakəran və Zevin ərazi nümayəndəliklərinin təsərrüfatları yazlıq əkin kampaniyasında daha fəal iştirak edirlər.

Hazırda Yardımlıda yazlıq əkin kampaniyası davam edir.