AQRO

07 Aprel

Kürdəmirdə heyvandarlıq məhsulları istehsalı artıb

Kürdəmir rayonunun heyvandarları cari ilin birinci rübünü uğurla başa vurublar. Belə ki, bütün sahələr üzrə məhsul istehsalı ötən ilin ilk üç ayı ilə müqayisədə artıb.

Rayon statistika idarəsindən müxbirinə verilən məlumatda bildirilir ki, 2021-ci ilin birinci rübündə 2 min 248 ton diri çəkidə ət, 10 min 801 ton süd, 6 milyon 881 min ədəd yumurta istehsal edilib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 9 ton, süd 11 ton, yumurta isə 17 min ədəd çox olub.

Qeyd edək ki, heyvandarlıq Kürdəmirdə kənd təsərrüfatının aparıcı sahələrindəndir. Hazırda fermerlər və fiziki şəxslər tərəfindən bölgədə 66 min 427 baş iribuynuzlu mal-qara, 136 min 868 baş davar bəslənilir.