AQRO

23 Fevral

Kənd təsərrüfatı məhullarının istehsalı 2,3 faiz artıb

Yanvar ayı üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 341,9 milyon manat təşkil edib ki, onun da 325,5 milyon manatı heyvandarlıq, 16,4 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhullarının istehsalı 2,3 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,1 faiz, bitkiçilik məhsulları üzrə 6,8 faiz artıb.