AQRO

15 Fevral

Azərbaycanın bu bölgəsində ətin qiyməti UCUZLAŞDI - VİDEO

Koronavirus pandemiyası qərb bölgəsində, xüsusən Gəncə şəhərində ətin qiymətinə təsir edib. Hazırda ölkənin ikinci böyük şəhərində ət məhsullarının qiymətində kəskin ucuzlaşma gedir. 

Pandemiyadan öncə 1 kiloqramı 11-12 manata satılan ətin qiyməti hazırda 9-10, hətta 8 manata təklif edilir. 

Ət satışı ilə məşğul olan şəxslər bildirir ki, qiymətlərin enməsinə səbəb ölkədə toy və yas mərasimlərinin keçirilməsinə qoyulan qadağadır. 

Qiymətlər xırdabuynuzlu heyvanların satışında da özünü göstərməkdədir. 

Belə ki Göygöl rayonunda fəaliyyət göstərən heyvan bazarında apardığımız qısa araşdırma nəticəsində bir daha şahidi olduq ki, xırdabuynuzlu heyvanların satışında ucuzlaşma var. 

Ətraflı süjeti təqdim edirik: