AQRO

15 Fevral

Zərdabda ötən ilin payızında 51,9 hektarda yeni tut bağları salınıb

Zərdab rayonunda baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə yeni salınan tut bağlarının ikinci suvarılmasına başlanılıb.

Rayon icra hakimiyyətindən verilən məlumatda bildirilir ki, ötən ilin payızında 28 icra nümayəndəliyi üzrə 51,9 hektarda yeni tut bağları salınıb. Hər yerdə təzə əkilən tinglərin dibi yenidən doldurularaq suvarılır.

Qeyd edək ki, baramaçılıq bölgədə ənənəvi təsərrüfat sahələrindəndir. Hazırda bu sahə ilə 3000 nəfərdən çox rayon sakini məşğul olur. Prezidentin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası istiqamətində rayonda konkret tədbirlər həyata keçirilib və barama istehsalı 60 tonu ötüb. Təkcə keçən il 61 ton 635 kiloqram barama tədarük edilərək respublikada ən yüksək göstəriciyə nail olunub.