AQRO

14 Aprel

Bu rayonda yeni üzüm bağları salınıb

Yardımlı rayonunda ənənəvi təsərrüfat sahələrindən biri üzümçülükdür. Sovet dövründə rayonda üzümçülük üzrə ixtisaslaşdırılmış iki sovxoz fəaliyyət göstərirdi.

Yardımlıda uzun müddət tənəzzül dövrünü yaşayan üzümçülük ölkəmizdə kənd təsərrüfatının inkişafına, məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi sayəsində yenidən dirçəlməyə başlayıb.

Üzümçülük əsasən rayonun Ərus, Şıxlar və Şiləvəngə kəndlərində yenidən inkişaf etdirilir.

Hazırda rayonda 4 hektar sahədə yerli şəraitə uyğunlaşdırılmış üzüm bağları salınıb. Üzüm bağlarını suvarmaq məqsədilə damcı üsulu ilə müasir suvarma sistemi qurulub. Sahələrə vaxtında lazımi aqrotexniki qulluq göstərilir.

Gələn il yeni salınmış üzüm bağlarından ilk məhsul yığılacaq.