AQRO

08 Fevral

“Səba” şirkətinin sədri dəyişdi

“Səba” ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.

Fins.az xəbər verir ki, bu barədə Banker.az-ın rəsmi mənbələrdən əldə etdiyi məlumatda qeyd edilir.

Aqrar sahə üzrə ölkədə mühüm mövqe qazanan “Səba”nın İdarə Heyətinə 2021-ci ilin fevralından başlayaraq Röyal Vəkil oğlu Camalov sədrlik edəcək. O, buna qədər şirkətin mühasibat işlərində çalışıb.

Məlumat üçün bildirək ki, “Səba”nın səhmdarları 30 iyun 2020-ci ildə toplaşacağını açıqlamışdı. Həmin vaxta açıqlanan elanda, öncəki ilin maliyyə təsərrüfatına dair müzakirələrin gedəcəyi açıqlansa da, rəhbərlikdəki dəyişikliklə bağlı hər hansısa mövzu yer almamışdı.

R.Camalova qədər isə, bu vəzifədə uzun müddət idi Fuad Fərman oğlu Ələkpərov idi.

Şirkət 1997-ci ildən fəaliyyət göstərir və 4.79 mln manat nizamnamə kapitalına sahibdir. Kapitalının 14-ü fiziki və 2-si isə hüquqi şəxslərdir. Burada, Hidayət Quliyevin 37.31%, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin 25% və “Baku İnvestment Company”nin 37.31% payı vardır.

“Səba”nın Müşahidə Şurasına isə “Bank Respublika” ASC-nin əsas səhmdarı olan Natiq Quliyev sədrlik edir.

Aqrar şirkətin kurasiyasına “Biləsuvar Aqro” MMC, “Qarabağ Taxıl” MMC və “Qarabağ Toxum” MMC də daxildir.