AQRO

05 Fevral

Neftçalada yanvar ayında 846.8 ton quş əti istehsal olunub

Neftçalada aqrar sahənin digər bölmələri ilə yanaşı, heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni-yeni heyvandarlıq və quşçuluq təsərrüfatları yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində rayonda heyvanların baş sayı, ət, süd və yumurta istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yaxşılaşır.

Rayon Statistika İdarəsinin rəisi Şahin Mənəfov bildirib ki, hazırda rayonun heyvandarlıq və fərdi təsərrüfatlarında 42 min 760 baş mal-qara və 141 min 790 baş qoyun-keçi saxlanılır. Naxırda ana inək və camışların sayı 21 min 127 başa çatıb.

2021–ci ilin yanvar ayında rayonun heyvandarlıq və quşçuluq təsərrüfatlarında 1135.4 ton mal əti (diri çəkidə), 1529.1 ton süd, 846.8 ton quş əti, 1 milyon 520 min ədəd isə yumurta istehsal olunub ki, bu, 2020-ci ilin eyni dövründə istehsal olunan mal ətindən 16.1 faiz, quş ətindən 22.4 faiz, süddən 1.9 faiz çox olub.