AQRO

03 Fevral

60% güzəştlə qoyun, keçi, inək alın! - QAYDALAR

Azərbaycanda dövlət xətti ilə damazlıq heyvanların güzəştli satışı siyasəti həyata keçirilir. Güzəştin bölgüsü belədir: heyvanın ümumi dəyərinin 60 faizi subsidiyaya cəlb olunur, yəni məbləğin bu hissəsini dövlət fermerin əvəzinə təchizatçı şirkətə ödəyir, fermer hər bir heyvanın ümumi dəyərinin 25 faizini ilkin ödəniş kimi bəri başdan ödəməlidir, yerdə qalan hissə isə kredit şəklində ödənilməlidir. 

Heyvanı hər bir sahibkar özü də xarici ölkələdən gətirə bilər, amma yerli təchizatçı şirkətlərdən alınması daha məqsədəuygun sayılır. 

Bəs, fermerlər cins damazlıq heyvanları hansı təchizatçı şirkətlərdən ala bilər, hansı şirkətlərdən söhbət gedir?