AQRO

03 Fevral

Subsidiyada yenilik, pulunuz batmayacaq

Bir sıra fermerlər bu məbləği ilin sonuna qədər istifadə etməkdikləri üçün kartda qalan məbləğ geri çağrılır, yəni büdcəyə geri qaytarılırdı.

İndi isə bu barədə yeni qayda qəbul edilib. Artıq xərcləyə bilmədiyiniz subsidiya məbləğini itirməyəcək, onu növbəti ildə də istifadə edə biləcəksiniz. Yalnız fermerlərin kartdakı qalıq vəsaitdən gələn il istifadə edə bilməsi üçün “Fermer kartı” aktiv olmalıdır.

Əgər fermer öz adına açılmış “Fermer Kartı”nı bankdan götürüb və aktivləşdiribsə, kartda qalmış vəsaitdən gələn il də istifadə edə biləcək.

Fermer kartı bankdan götürməyibsə, yaxud da götürüb, aktivləşdirməyibsə, kartdakı vəsait silinəcək. Bu səbəbdən fermerlər onların adlarına açılmış kartları təcili bankdan götürərək aktivləşdirməlidirlər.