Keçən il hər inək və camışdan orta hesabla 1687 kiloqram (2019-cu ildə 1653 kiloqram) süd sağılıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, ilkin məlumatlara görə, yanvarın 1-i vəziyyətinə ölkə üzrə 8 milyon 156,9 min baş qoyun və keçi, 2 milyon 647,9 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 280,2 min baş inək və camış mövcud olub.
2020-ci il yanvarın 1-nə nisbətən qoyun və keçilərin sayı 32,3 min baş azalıb, iribuynuzlu mal-qaranın sayı 1,3 min baş, inək və camışların sayı 2 min baş və donuzların sayı 344 baş artıb. İribuynuzlu mal-qaranın 48,3 faizini inək və camışlar təşkil edir.