AQRO

26 Yanvar

Naxçıvanda kənd təsərrüfatı üzrə kreditləşmə ötən il 7,4% artıb

2020-ci il Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə ümumilikdə 13,35 mln. manatdan çox kredit verilib ki, bu da bir il öncəki göstəricidən 7,4% çoxdur.

Naxçıvan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il Muxtar Respublika üzrə həyata keçirilən tədbirlərin nəticəsi olaraq bir il öncəyə nisbətən 4,6% çox, yəni 537,5 mln. manatdan çox kənd təsərrüfatı məhsulu istehsal olunub.

2020-ci ildə muxtar respublikadan 103,15 mln. ABŞ dollarından çox dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunub.