AQRO

21 Yanvar

Ötən il sahələrdən 1,7 milyon ton tərəvəz yığılıb

Keçən il sahələrdən 1 milyon 738,9 min ton və ya 2019-cu ilə nisbətən 1,4 faiz çox tərəvəz toplanıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, il ərzində sahələrdən 1 milyon 37,6 min ton (3,3 faiz çox) kartof, 448,1 min ton (0,1 faiz çox) bostan məhsulları, 1 milyon 133,1 min ton (3,0 faiz çox) meyvə və giləmeyvə, 208 min ton (3,1 faiz çox) üzüm, 931,5 ton (0,2 faiz çox) yaşıl çay yarpağı, 24,8 min ton (28,8 faiz az) dən üçün günəbaxan, 253,3 min ton (6,9 faiz çox) şəkər çuğunduru, 336,5 min ton (14,0 faiz çox) pambıq və 6,9 min ton (15,1 faiz çox) tütün yığılıb.

2019-cu illə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 0,8 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 3,1 faiz artıb.