2020-ci ildə Azərbaycandakı təsərrüfatlarda 1 037,6 min ton kartof istehsal olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 3,3% artıb.
Hesabat dövründə ölkədə 57 hektar sahədə kartof əkilib ki, bu da təxminən 2019-cu ilin göstəricisinə (56,9 hektar) bərabərdir.
Xatırladaq ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan 33 766,0 min ABŞ dolları dəyərində 81 343,3 ton kartof ixrac olunub ki, bu da 2019-cu ilin 11 ayının göstəricisini müvafiq olaraq 25,8% və 31,7% üstələyir. Qeyd olunan dövr ərzində ölkəyə 43 555,1 min dolları dəyərində 159,3 min ton kartof idxal olunub. Bu göstərici dəyər baxımından 7%, həcm baxımından isə 8,4% azalıb.