Ötən il sabirabadlı əkinçilər becərdikləri 3 min 437 hektar tərəvəz sahəsindən 74 min 268 ton məhsul tədarük ediblər.
Rayon statistika idarəsindən bildiriblər ki, sabirabadlı əkinçilərin tədarük etdikləri tərəvəz 2019-cu ildə istehsal olunan tərəvəzdən 2 min 931 ton çoxdur. Hər hektarın məhsuldarlığı 216 sentner olub.