AQRO

15 Yanvar

Bu rayonun nar bağlarından 6 min 41,6 ton məhsul yığılıb

Bakı, 15 yanvar Fins.az

Saatlıda təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına da xüsusi diqqət yetirilir. Bunun sayəsində rayonda hər il yeni-yeni bağçılıq təsərrüfatları yaradılır, meyvə istehsalı artır. Fermerlər hər il meyvə bağlarından 100 tonlarla məhsul istehsal edərək bazarlara çıxarır və emal müəssisələrinə göndəririlər.

Rayon statistika idarəsindən bildiriblər ki, hazırda Saatlıda həyətyanı sahələrlə birlikdə 2 min 747,3 hektar meyvə bağı var. Bunun da 1089,9 hektarını bar verən nar sahəsi təşkil edir. Ötən il nar bağlarından 6 min 41,6 ton məhsul tədarük edilib və 2019-cu ildə yığılan məhsuldan 123,6 ton çox olub.