AQRO

08 Yanvar

Keçən il bu rayonda 134 hektar yeni meyvə bağları salınıb

Bakı, 08 yanvar Fins.az

Ötən il Qəbələ rayonunda 134 hektarda yeni meyvə bağları salınaraq, mövcud bağların ümumi sahəsi 8 min 870,9 hektara çatdırılıb. Bu bağların 8 min 12,7 hektarı barverən yaşdadır. Ötən il rayonun meyvə bağlarından 13 min 921,6 ton məhsul toplanıb.

Bu barədə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.

Qurumdan bildirilib ki, mövcud meyvə bağlarının 7 min 164,3 hektarını və ya 80,7 faizini fındıq bağları təşkil edir. Ötən il rayonun fındıq bağlarından 5 min 926 ton məhsul tədarük olunub. Rayonda üzümçülüyün inkişafına da maraq artıb. Hazırda rayonda 421 hektar üzüm bağı var. Ötən il üzüm bağlarından talvar üzümü də daxil olmaqla, 2737,2 ton məhsul yığılıb.