AQRO

05 Yanvar

Ötən il bu rayonun xurma bağlarından 6 min 662 ton məhsul tədarük olunub

Bakı, 5 Yanvar Fins.az

Zaqatala rayonunda kənd təsərrüfatının ixrac potensialı yüksək olan sahələrindən biri də xurmaçılıqdır. 2020-ci ildə rayonun xurma bağlarından 6 min 662 ton məhsul tədarük olunub. Hər hektar xurma bağından orta hesabla 191,4 sentner məhsul götürülüb. İstehsal olunan xurma satış üçün daxili bazarla yanaşı, Rusiyaya da ixrac edilib.

Bu barədə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hazırda rayonda mövcud xurma bağlarının ümumi sahəsi 387 hektardır. Bu bağların 348 hektarı barverəndir. Son illər rayonda 22 hektar sahədə yeni xurma bağları salınıb. Yeni bağlar salınarkən “Şişburun” xurma sortuna daha çox üstünlük verilir. Bazarlarda xurmanın bu sortuna tələbat yüksəkdir.