AQRO

23 Dekabr

Bu rayonun pambıq sahələrindən 1079 ton “ağ qızıl” yığılıb

Bakı 23 dekabr Fins.az

Cəlilabad rayonunun pambıq tarlalarında məhsul yığımı kampaniyası davam edir. İndiyədək sahələrdən 1079 ton “ağ qızıl” yığılıb.

Bu barədə Cəlilabad Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Bildirilib ki, rayonda pambıq yığımı kampaniyasını yüksək keyfiyyətlə və optimal müddətdə başa vurmaq üçün sahələrə kifayət qədər kombayn və canlı qüvvə cəlb edilib.

Qeyd edək ki, Cəlilabadda ənənəvi təsərrüfat sahələrindən olan pambıqçılıq 2016-cı ildə yenidən bərpa olunub. İlkin mərhələdə rayonda 500 hektar sahədə pambıq əkilib.

Ötən il rayonda pambıq əkini sahəsi genişləndirilərək 1507 hektara çatdırılıb. Pambıq tarlalarından 1259 ton məhsul yığılıb, hər hektardan götürən məhsuldarlıq 24,8 sentner təşkil edib.