AQRO

19 Dekabr

Bu bağlardan 5 min tondan çox nar yığılıb

Bakı 19 dekabr Fins.az

Saatlıda meyvə yığımı başa çatmaq üzrədir. Ötən il çoxillik meyvə bağlarından 10 min tondan çox məhsul toplayan saatlılı bağbanlar cari ildə də bağlarda bol məhsul yetişdiriblər.

Rayon statistika idarəsinin rəisi Seyfəddin Soltanov bildirib ki, məhsul yığımına mütəşəkkil başlayan bağbanlar cari ilin ötən ayları ərzində rayonda mövcud olan 788 hektar meyvə bağından 10 min 38.8 ton meyvə toplayıblar. Bu da ötən ildəkindən 27.5 ton çoxdur. Hər hektarın məhsuldarlığı 127.4 sentner olub. Yığılmış məhsulun 695.1 tonunu alma, 583.7 tonunu armud, 188.4 tonunu ərik, 477.2 tonunu xurma, 2.7 tonunu qoz, 556.1 tonunu heyva, 5 min 266.2 tonunu nar, 558.3 tonunu gavalı, 137.9 tonunu şaftalı, 621.5 tonunu alça, 82.3 tonunu gilas, 421.6 tonunu albalı, 447.8 tonunu isə sair meyvələr təşkil edib.

Bağbanlar, həmçinin bağlardan 61 ton giləmeyvə də yığıblar.