AQRO

26 Oktyabr

Beyləqanda şəkər çuğunduru yığımı davam edir

Beyləqan rayonunun fermerləri şəkər çuğunduru yığımını davam etdirirlər.

Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, torpaq mülkiyyətçiləri bu il 398,3 hektar sahədə şəkər çuğunduru səpini həyata keçiriblər. Beyləqanlı fermerlər sahələrin 56,3 hektarında yığım aparıb, 2491 ton məhsul əldə ediblər. Hər hektarın orta məhsuldarlığı 442,4 sentnerdir. Yığılan məhsul İmişli şəkər zavoduna təhvil verilir.

Qeyd edək ki, vacib texniki bitki hesab edilən şəkər çuğundurundan həm şəkər istehsalı üçün, həm də heyvandarlıqda yem kimi istifadə olunur.