AQRO

21 Oktyabr

Azərbaycan kərə yağı idxalını 29% artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 62,7 min ABŞ dolları dəyərində 12,7 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

Fins.az-a xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12,9 min dollar (25,9%) və 2,9 ton (29,2%) çoxdur.

Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların idxalı Azərbaycanın ümumi idxalının 0,8%-ni təşkil edib.