Ağdaş rayonunda payızlıq taxıl əkini kampaniyasına başlanılıb və az vaxtda 2 min hektarda səpin aparılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cari mövsümdə 17 min hektarda payızlıq əkin aparılacağı proqnozlaşdırılır. Artıq 13 min hektarda şum qaldırılıb, şuma kifayət qədər üzvi və mineral gübrələr verilib. Bu mühüm kampaniya üçün hər gün sahələrə 100-dən çox şum traktoru, 40-a yaxın səpin aqreqatı çıxarılır. Əkində 3 yerli toxumçuluq təsərrüfatının istehsalı olan I və II reproduksiyalı toxumlardan istifadə edilir ki, bu cür toxum kifayət qədərdir.
Hər yerdə, xüsusilə daha böyük taxılçılıq təsərrüfatına malik Ərəbocağı, Yuxarı Nemətabad, Qoşaqovaq, Ərəb və bir sıra digər ərazi dairələrində payızlıq əkinlərin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün bütün qüvvələr səfərbərliyə alınıb.