AQRO

12 Oktyabr

İsmayıllıda 14 min 400 tondan çox kartof yığılıb

İsmayıllı rayonunda kartof yığımı başa çatıb və sahələrdən 14 min 482 ton məhsul götürülüb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bununla əlaqədar verilən məlumatda bildirilir ki, cari ildə 970 hektar sahədə kartof əkilmişdi. İlboyu bazarlarda ciddi ehtiyac olduğundan bu sahəyə maraq heç də az deyil və artıq kartofçuluq bölgədə ənənəvi təsərrüfat sahəsi hesab edilir. Son illər bir sıra ərazilərdə sahələr intensiv texnologiya ilə əkilib becərilir. Təkcə cari ildə əkinlərin 315 hektarı məhz sənaye üsulu ilə aparılıb. Bu cür sahələr ötən ildəkindən 35 hektar çoxdur.

Qeyd edək ki, cari ildə istehsal olunan məhsul 2019-cu illə müqayisədə 632 ton çox olub. Məhsuldarlıq da ötən ilə nisbətən 2,1 sentner artıb.