AQRO

07 Oktyabr

Masallıda payızlıq səpinə start verilib

Bir neçə gündür Masallı rayonunda payızlıq səpinə start verilib.

Fins.az  xəbər verir ki, qısa müddətdə rayonun 15 inzibati ərazi dairəsində 940 hektardan çox sahədə səpin aparılıb. Bunun 204 hektarı buğda, 292 hektarı arpa, 444 hektarı vələmir sahəsidir.

Cari mövsümdə rayonda payızlıq səpin aparılması üçün sahələrdə, həmçinin şum işləri davam etdirilir. Şumun aparılması, əkinə hazırlanması və səpin üçün tarlalara gün ərzində xeyli sayda texnika çıxarılır.

Rayonda toxumluq taxıla və gübrəyə olan tələbat tam ödənilib.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızın erməni işğalından azad edilməsi üçün apardığı uğurlu döyüşlər, bununla əlaqədar elan edilən hərbi vəziyyət şəraitində Masallı rayonunda kənd təsərrüfatı işlərinin ahəngdar gedişinin təmin olunması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir.