AQRO

06 Oktyabr

Qobustanda payızlıq taxıl səpininə başlanılıb

Qobustan rayonunda payızlıq taxıl əkininə başlanılıb və qısa vaxtda 12 min hektarda səpin aparılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, taxılçılıqla məşğul olan fermerlər və fiziki şəxslər bu mühüm kampaniyaya ciddi hazırlıqla başlayıblar. Qısa vaxtda 8 min hektarda buğda, 4 min hektarda arpa səpilib. Hazırda hər gün sahələrə 40-dək səpin aqreqatı çıxarılır. Rayonun Sündü, Xilimli, Cəyirli, Təklə kənd, Qobustan şəhər və bir sıra digər inzibati ərazi dairələrində əkin mütəşəkkilliklə davam etdirilir. Hər yerdə səpinin aqrotexniki tələblər səviyyəsində aparılması və optimal müddətdə başa çatdırılması diqqət mərkəzindədir. Yerli şəraitə uyğun kifayət qədər toxum tədarük olunub və əkinin gedişinə mütəxəssislər tərəfindən nəzarət edilir. Cari mövsümdə bölgədə 30 min hektarda səpin aparılacağı gözlənilir.