AQRO

26 Avqust

Rusiya  bu məhsuların Azərbacana ixracını artırmaq istəyir

2020-ci ilin birinci yarısında Rusiya Azərbaycan 283 milyon dollar məbləğində aqroməhsullar ixrac edib,

Fins.az xənbər veir ki, bu göstərici ötən ilin analoji dövrünün göstəricisindən 27% çoxdur. 

Eyni zamanda, Rusiyanın tədarük strukturunda qida və emal səınayesi məhsulları, həmçinin dənli bitkilər lider mövqeyindədir. Bu barədə RF Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “ASK məhsullarının ixracının inkişafı Federal Mərkəzi”nin mətbuat xidməti məlumat verir.

Bildirilir ki, Azərbaycan Rusiyadan vacib buğda idxalçısıdır – 2020-ci ilin birinci yarısında Rusiya bu istiqamətdə göndərdiyi taxılın həcmini 9,6% - 352 min tonadək artırıb, dəyər ifadəsində ixrac 4,2% -72 milyon dollaradək artıb

İlk 6 ay ərzində Azərbaycana Rusyanın günəbaxan yağının tədarükü miqdar ifadəsində 2,7% və dəyər ifadəsində 9,5% - müvafiq olaraq 29,2 min ton və 21 milyon dollar artıb.

Bundan başqa, son illər ərzində Azərbaycan Rysiya qəndinin aparıcı alıcıları sırasındadır, 2020-ci ilin birinci yarısında isə idxalçı ölkələırin TOP-3-ə a daxil olub. Altı ay ərzində Rusiyadan 36 milyon dollar dəyərində 109 min ton qənd tədarük edilib, baxmayaraq ki, 2019-cu ilin yanvar-iyun aylarında tədarükün həcmi 1 milyon dollardan az məbləğində yalnız 2 min ton təşkil edib.

Proqnozlara görə, "Aqroeksport” Federal Mərkəzin qiymətləndirmələrinə görə, xüsusilə, taxıl, quş əti və əlavə məhsullar, soya cecəsivə s. gələcəkdə Azərbaycana Rusiya ixracının artması üçün perspektivli ərzaqlardır. Bu mallar hesabına perspektivdə Rusiya illik ixrac həcmlərini 400 milyon dollardan artıq əlavə artıra bilər