AQRO

25 Avqust

Azərbaycanın aqrar sektorunun gəlirləri son 7 ildə iki dəfədən çox artıb

2013-2019-cu illər ərzində Azərbaycanın kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisələrin ümumi gəlirləri iki dəfədən çox artaraq 190 080,0 min manat təşkil edib.

Dövlət Statistika Komitəsinin dərc etdiyi məlumatlar əsasında aparılan hesablamalara görə, 2019-cu ilin yekunlarına əsasən, bu göstərici illik ifadədə 26 091,0 min manat və ya 16% artıb.

Yeddi il ərzində, sahə üzrə ölkədə fəaliyyət göstərən müəssisələrin sayı 12%-dək azalaraq 2019-cu ilin sonuna 1 471 təşkil edib. Kəskin azalma (-10,3%) 2019-cu ildə müşahidə olunub. Belə ki, il ərzində 170 müəssisənin fəaliyyətinin dayandırıldığı bildirilir.

(c)APA