AQRO

25 Avqust

Azərbaycanda kənd təsərrüfatı işçilərinin sayı son 7 ildə 40% artıb

Azərbaycanın kənd təsərrüfatı sahəsində çalışan işçilərin sayı 2013-2019-cu illər ərzində 40% artaraq 2020-ci ilin əvvəlinə 21 min nəfər təşkil edib.

Fins.az Dövlət Statistika Komitəsinin dərc etdiyi məlumatlar əsasında apardığı hesablamalara görə, bu göstərici 2019-cu ildə 2018-ci ilin nəticələrinə nisbətdə 16,6% və ya 3 min nəfər artıb.

İşçilərə hesablanan əməkhaqqının məbləği 2013-2019-cu illər ərzində 2,5 dəfədən çox artaraq 2020-ci ilin əvvəlinə 79 822,0 min manat təşkil edib. 2019-cu ildə əməkhaqqı məbləği bir il öncəki göstəricini 45,2% üstələyir.