AQRO

25 Avqust

Azərbaycanın aqrar sektorunun gəlirləri son 7 ildə iki dəfədən çox artıb

2013-2019-cu illər ərzində Azərbaycanın kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisələrin ümumi gəlirləri iki dəfədən çox artaraq 190 080,0 min manat təşkil edib. “APA-Economics”in Dövlət Statistika Komitəsinin dərc etdiyi məlumatlar əsasında apardığı hesablamalara görə, 2019-cu ilin yekunlarına əsasən, bu göstərici illik ifadədə 26 091,0 min manat və ya 16% artıb.

Yeddi il ərzində, sahə üzrə ölkədə fəaliyyət göstərən müəssisələrin sayı 12%-dək azalaraq 2019-cu ilin sonuna 1 471 təşkil edib. Kəskin azalma (-10,3%) 2019-cu ildə müşahidə olunub. Belə ki, il ərzində 170 müəssisənin fəaliyyətinin dayandırıldığı bildirilir.

Ötən il müəssisələrin 93,5%-i və ya 1 376-sı mənfəətlə fəaliyyət göstərib. Mənfəətinin məbləği 2018-ci ilin göstəricisinə nisbətən 3,5% artaraq 120 622,0 min manat təşkil edib ki, bunun da 27 926,0 min manatı zərər, 92 696,0 min manatı isə ümumi mənfəət məbləği olub.

Ümumilikdə, 2013-2019-cu illər ərzində mənfəətin məbləği 2,1 dəfə artıb.