AQRO

14 Avqust

Azərbaycan yeyinti məhsullarının idxalını 3,2% artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 884 074,37 min ABŞ dollarına bərabər olub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, cari ilin yeddi ayında yeyinti məhsulları üzrə idxalın həcmi ötən ilin analoji dövrünə nisbətən 3,2% çoxdur.

Ümumiyyətlə, yanvar-iyul aylarında yeyinti məhsullarının ümumi ölkə idxalında çəkisi 15% təşkil edib.

Hesabat dövründə ölkəyə 51 281,32 min dollar dəyərində 28 675,55 ton ət idxal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq dəyər göstəricisi üzrə 18,3%, həcm göstəricisi üzrə isə 0,45% azdır.

Cari ilin yanvar-iyul ayları ərzində ölkəyə 10 674,46 min dollar dəyərində (artım 31,2%) 6 227,01 ton (artım 24,6%) süd idxal olunub.

Ölkəyə həmçinin 50 957,33 min dollar dəyərində 10 300,13 ton kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub ki, bu da müvafiq olaraq 36,6% və 37,6% çoxdur.

(c)APA