AQRO

17 İyul

Hacıqabulda altı ay ərzində 3 min tona yaxın tərəvəz yığılıb

Hacıqabulda tərəvəz yığımının sürəti günbəgün artır. Məhsul istehsalçıları becərdikləri sahələrdən bu günədək 2 min 812.3 ton məhsul tədarük ediblər.

Rayon Statistika İdarəsindən bildiriblər ki, cari ilin yazında hacıqabullu əkinçilər 518.3 hektar sahədə tərəvəz əkiblər. Xeyli vaxtdır ki, əkinçilər becərdikləri sahələrin məhsulunu toplayırlar. Fermerlər bu günədək 238.3 hektar tərəvəz sahəsindən 2 min 812.3 ton məhsul yığıblar. Tədarük olunan məhsulun 346.7 tonunu xiyar, 1560.6 tonunu pomidor, 887.5 tonunu badımcan, 17.5 tonunu isə bibər təşkil edir.

Rayonda tərəvəz yığımı davam edir.