AQRO

06 İyul

Şəki taxılçıları indiyədək zəmilərdən 160 min tondan çox məhsul yığıblar

Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə biçin kampaniyası mütəşəkkil davam etdirilir. Cari mövsümdə rayonda 67 min 384,7 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 42 min 852,5 hektarını buğda, 24 min 532,2 hektarını arpa sahələri təşkil edir. Bu günədək 23 min 510 hektar arpa və 26 min 540 hektar buğda sahəsinin məhsulu biçilib, 160 min 865 ton taxıl istehsal olunub. Hər hektarda orta məhsuldarlıq 32,1 sentner təşkil edir.

Bu barədə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Bildirilib ki, tədarük olunan taxılın 75 min 937 tonu arpa, 84 min 928 tonu buğdadır. Arpa sahələrinin hər hektarından orta hesabla 32,3 sentner, buğda sahələrindən isə 32 sentner məhsul götürülüb.

Hazırda sahələrdə 131 taxılbiçən kombayn işləyir. Fermerlər sahələrdə qalan məhsulun qısa müddətdə biçilib anbarlara yığılması üçün bütün qüvvələri səfərbər ediblər.