AQRO

06 İyul

Heyvandarlıq məhsulları: Statistika

Kənd təsərrüfatı rayonu olan Saatlıda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindən biridir. Rayonda bu sahənin inkişafına xüsusi diqqət yetirildiyindən məhsul istehsalı və mal-qaranın baş sayı ilbəil artır.

Rayon statistika idarəsindən bildiriblər ki, hazırda rayonun ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında 67 min 859 baş iribuynuzlu mal-qara, 114 min 607 baş qoyun-keçi saxlanılır. Mal-qaranın baş sayının artması heyvandarlıq məhsulları istehsalına da müsbət təsir göstərib. Cari ilin 6 ayı ərzində heyvandarlıq təsərrüfatlarında 3 min 572 ton ət (diri çəkidə), 20 min 607.2 ton süd, 106.5 ton yun istehsal olunub ki, bu da ötən ildə istehsal olunan ətdən 3.4 ton, süddən 3.2 ton, yundan 10,8 ton çox çoxdur.