AQRO

30 İyun

“Azərtütün ASK” MMC-nin tütün sahələrində yaşıl tütünün yığımına başlanılıb

Builki mövsümdə “Azərtütün ASK” MMC tərəfindən respublikamızın şimal-qərb bölgəsinə daxil olan Zaqatala, Balakən, Qax və Şəki rayonlarında 1527,5 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Bir neçə gündür cəmiyyətə məxsus sahələrdə yaşıl tütün yarpağının dəriminə start verilib. İlk olaraq Balakən rayonunun təsərrüfatlarında tütün yığımına başlanılıb. Bir gün sonra Şəki tütünçüləri də mövsümün ilk məhsulunun yığımına başlayacaqlar.

Bu barədə “Azərtütün ASK” MMC-nin şöbə müdiri Mütəllib Mustafayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, builki mövsümdə Şəki rayonunda 598,46 hektar, Qaxda 283,9 hektar, Zaqatalada 398,83 hektar, Balakəndə isə 246,27 hektar sahəyə “Virciniya botaniki” növlü tütün əkilib. Tütün istehsalı ilə əlaqədar bu il həmin rayonlarda 195 fermerlə müqavilə bağlanılıb.