AQRO

29 İyun

Salyanda buğda sahələrinin hər hektarından 43.6 sentner məhsul yığılır

Salyanda taxıl biçini sürətlə davam edir. Fermerlər məhsul yığımını tezliklə başa çatdırmaq üçün bütün imkanlardan yararlanırlar. İşin səmərəli təşkili nəticəsində artıq taxıl sahələrinin 97.6 faizinin məhsulu yığılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, salyanlı taxılçılar ötən ilin payızında əkdikləri 16 min 802 hektar taxıl sahəsinin 16 min 395 hektarında biçini başa çatdırıblar. Zəmilərdən bu günə kimi 63 min 568.9 ton məhsul yığılıb ki, bunun da 41 min 99.2 tonu arpa, 22 min 469.7 tonu buğdadır. Arpa sahəsinin hər hektarından 36.5, buğda sahəsindən isə 43.5 sentner məhsul götürülür.

Qeyd edək ki, hazırda Salyanın taxıl sahələrində 39 kombayn işləyir.