AQRO

29 İyun

"KOB könüllüləri" bu dəfə çay yığımında iştirak edib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Lənkəran “KOB Dostu” ofisinin və Lənkəran Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri İstisu qəsəbəsində çay yığımı prosesi ilə tanış olub.

Fins.az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat yayımlayıb

məlumata görə, KOBİA-nın dəstək və xidmətlərindən yararlanmış “Yaşıl Çay” Fermer Təsərrüfatının fəaliyyəti ilə tanış olan könüllülər həmçinin çay yığımında iştirak etməklə bu sahədə praktiki bacarıqlar əldə edib, çayçılığın inkişafına ictimai dəstək nümayiş etdiriblər.

Qeyd edək ki, Lənkəran rayonunun İstisu qəsəbəsində yerləşən “Yaşıl Çay” Fermer Təsərüfatı KOBİA-nın satış üzrə əlaqələndirmə, ekoturizm, yerli tərəfdaşların tapılması və sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri üzrə məsləhət xidmətlərindən istifadə edib.