AQRO

01 İyun

Astaranın çay plantasiyalarında birinci çay yığımı başa çatıb

Astara rayonunun çay plantasiyalarında may ayının əvvəllərindən başlanan birinci çay yığımı başa çatıb.

Fins.az xəbər verir ki, bu il havaların yağmurlu keçməsi məhsuldarlığa da müsbət təsir göstərib. Çay plantasiyalarında bol məhsul var.

Çay yığımının birinci mərhələsində Astarada 234,6 ton yaşıl çay yarpağı yığılaraq çay fabriklərinə təhvil verilib.

Plantasiyalarda ikinci çay yığımı kampaniyasına iyunun sonlarında başlanılacaq.

Qeyd edək ki, ötən il Astara rayonunda 137 hektar məhsuldar çay sahəsindən 583,3 ton yaşıl çay yarpağı yığılıb. Bu il bu rəqəmin 600 tona çatdırılması nəzərdə tutulub.