AQRO

22 May

4 ayda ət, süd və yumurta istehsalı artıb

Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə cari ilin 4 ayında quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 3 faiz artaraq 171,2 min ton olub.

Dövlət Statistika Komitəsindən Fins.az-a bildirilib ki, hesabat dövründə süd istehsalı 1,5 faiz artaraq 659,9 min ton, yumurta istehsalı 9,3 faiz artaraq 653,2 milyon ədəd, yun istehsalı eyni səviyyədə qalaraq 2,3 min ton təşkil edib.